UNEC-in 24/7 kitabxanasının yeni layihəsi: “YAŞIL KİTABXANA”

UNEC-in 24/7 kitabxanasının yeni layihəsi: “YAŞIL KİTABXANA”

“İNFONEWS” Azərbaycan Dövlət İqtisad Universitetinin saytına istinadən xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” çərçivəsində UNEC KİM-in 24/7 Kitabxanası “Yaşıl kitabxana” – layihəsinə start verib.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasına, eləcə də vətənimizə olan böyük marağın, inamın yüksək göstəricisinə bir işarədir. Hər birimizin bu istiqamətdə görüləcək işlərə dəstək verməyimiz olduqca vacibdir.

“Yaşıl kitabxana” – #yaşılkitabxana layihəsinin ərsəyə gəlməsi də məhz bu məqsədi daşıyır. 24/7 kitabxanasının komandası mütəmadi olaraq, dünyanın ən aparıcı, müasir, ekoloji təmiz və dayanıqlı kitabxanaları haqqında araşdırmalar apararaq, həm həmkarlarımıza, həm bu sahələrə maraq göstərən mütəxəssislərə, eləcə də ictimaiyyətə geniş məlumatlandırma təqdim edəcək.

Layihənin ilk buraxılışında Varşava Universitet Kitabxanası “BUW”a araşdırılıb. Sonuncu araşdırmamız isə Türkiyənin məşhur “Rami” Kitabxana Kompleksi barədə olub. Bütün buraxılışlarımızda “yaşıl kitabxana” konsepsiyasının kitabxana-informasiya məkanında yeni bir istiqamət olduğu, “yaşıl kitabxana hərəkatları”, ümumiyyətlə, “yaşıl kitabxana” anlayışına düzgün yanaşma təhlil edilib.

Araşdırmalarımızda “Yaşıl kitabxana” statusu daşıyan dünyanın müxtəlif növ kitabxanalarının, xüsusilə də, akademik kitabxanaların əsas missiyası, infrastrukturu, arxitekturası və funksiyalarının müasir elmmetrik səviyyədə yer alması, brendləşdirilməsi və sertifikasiyası məsələləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən onlara göstərilən dəstəyi vurğulmağa, həmçinin, “Yaşıl Kitabxana” modeli üzrə yaradılmış müasir kitabxanaların ekoloji, iqtisadi və sosial davamlı, dayanıqlı olmasını nəzərə çatdırmağa çalışmışıq.

Yaşıl kitabxanaların təbiətlə harmoniyasını, eləcə də enerjiyə qənaətini, ətraf mühitə və insan sağlamlığına zərər verməyəcək infrastrukturunu nəzərə alaraq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni qurulacaq kitabxanaların “Yaşıl kitabxana modeli”nə uyğunlaşdırılması bu sahəyə böyük töhfə olardı.

Arzu MƏMMƏDOVA
UNEC KİM 24/7 Kitabxanasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir