Bakıda birinci siniflərə qeydiyyatla bağlı 27 alternativ mərkəz yaradılıb

Bakıda birinci siniflərə qeydiyyatla bağlı 27 alternativ mərkəz yaradılıb

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək.

“İNFONEWS” – un idarədən əldə etdiyi məlumatında bildirilib ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 279, 280, 154, Qaradağ rayonu üzrə 321, 253, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 209, 108, 96, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə yaradılıb.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (+994 50 996 76 63, +994 50 996 36 62, +994 50 996 46 68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri kömək göstəriləcək.

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər. Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat mayın 1-dən başlanacaq və sentyabrın 13-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir