Mayın 7-də Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.
Bu barədə “İNFONEWS”-a Vəkillər Kollegsiyasından məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının (MR) 100 illiyi ilə bağlı olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası (NMRVK) tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvan şəhər Vəkil Bürosu və Şərur rayon Vəkil Bürosunda pulsuz hüquqi yardımla bağlı “Açıq qapı” günü keçiriləcək.
Belə ki, Muxtar Respublika üzrə aztəminatlı şəxslər pulsuz hüquqi yardım almaq üçün vəkil bürolarına müraciət edə bilərlər.
Aksiya Şərur rayonunda saat 09:00-dan 11:00-dək, Naxçıvan şəhərində isə 10:00-dan 12:00-dək davam edəcək.