Bakının bu rayonlarında qaz təchizatında fasilə yaranacaq

Bakının bu rayonlarında qaz təchizatında fasilə yaranacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq.

“İNFONEWS”-un “Azəriqaz” İstehsalat Birliyindən əldə etdiyi məlumatında bildirilib ki, “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” NQÇİ-yə məxsus üç qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir