Prezident Putinin ilk andiçmə mərasimi də 24 il öncə məhz bu günə təsadüf edib

Prezident Putinin ilk andiçmə mərasimi də 24 il öncə məhz bu günə təsadüf edib

Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.

“İNFONEWS”  xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, mərasim saat 12:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Böyük Kreml Sarayında keçiriləcək andiçmə mərasiminin təxminən bir saat davam edəcəyi nəzərdə tutulub. Bu mərasimdən sonra Putin növbəti altı illik prezidentlik müddətinə qədəm qoymuş olur.

Qeyd edək ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.

Xatırladaq ki, 2000-ci ilin məhz bu günündə Rusiya Prezidenti Vladimir Putinin ilk andiçmə mərasimi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir