Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın baş ofisi və müəssisələri tərəfindən ağacəkmə aksiyası keçirilib.
Şirkətdən “İNFONEWS”-a verilən məlumata görə, “Azneft” İB-nin “Bibiheybətneft” Neft və qaz çıxarma İdarəsinin ərazisində təşkil olunan ağacəkmə aksiyasında SOCAR-ın rəhbərliyi iştirak edib.
Qeyd edək ki, SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq, son illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı 1 milyondan çox, cari ildə isə 31642 ağac, gül və gül kolları əkilib.