UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Elgiz Camalzadə Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramı çərçivəsində 06-10 may tarixlərində İspanyanın Malaga Universitetində keçirilən Beynəlxalq İşçi Həftəsində iştirak edib.
“İNFONEWS” -ün məlumatına görə, proqram çərçivəsində UNEC əməkdaşı “Beynəlxalq İşçi həftə”də təmsil olunan ABŞ, İsveçrə, Malayziya, Böyük Britaniya, Rusiya, Hindistan, Macarıstan, Sloveniya və Türkiyənin ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək, universitetlərarası qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.
E.Camalzadə panel görüşlərdə Malaqanın fəxri bələdiyə sədri Mr. Francisco De La Torre ilə görüşərək UNEC-in fəaliyyət istiqamətləri üzrə strateji hədəfləri barədə məlumat verib.
Beynəlxalq İşçi Həftəsində keçirilən təlimlərdə Erasmus+ mübadilə proqramının iştirakçıları olan xarici ali təhsil müəssisələrinin nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb, eləcə də dünya ixtisaslarının beynəlxalq standartları müzakirə edilib.