Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 24-də saat 09:00-da Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax rayonu və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.
“İNFONEWS” xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-377-84-97) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.