İbrahim Rəisi həlak olub – İranda qara bayraqlar qaldırılıb
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.
“İNFONEWS” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.
Qeyd edək ki, Məşhəd şəhərində Rəzəvi ziyarətgahının günbəzinin bayrağı qara bayraqla əvəz olunub.
Bununla yanaşı, ölkədə bütün bayraqların endirildiyi və qara bayraqlarla əvəzləndirildiyi qeyd olunub.