BMT Təhlükəsizlik Şurası Rusiyanın silahların kosmosa çıxarılmasının qarşısının alınması ilə bağlı təqdim etdiyi qətnamə layihəsini geri çevirib.
“İNFONEWS” xəbər verir ki, Moskvanın təqdim etdiyi qətnamə layihəsi lazım olan 15 səsdən 9-nu qazana bilmədi.
Yeddi ölkə – Rusiya, Çin, Əlcəzair, Qayana, Ekvador, Mozambik və Syerra-leone qətnamə layihəsinin leyhinə, Yeddi ölkə- ABŞ, Fransa, Britaniya, Yaponiya, Sloveniya, Koreya Respublikası və Malta layihənin əleyhinə səs verib, bir ölkə – İsveçrə bitərəf qalıb.
Xatırladırıq ki, may ayının 18- də The New York Times qəzeti məlumat vermişdi ki, ABŞ kosmosdakı peyklərinin qorunması məqsədiylə yeni müdafiə qurğuları-nüvə silahları yerləşdirmək niyyətindədir. Qəzetin məlumatlarına görə, Birləşmiş Ştatlar hərbi peyklərə, naviqasiya və izləmə təhlükələlərinə daha etibar etmir.
Bu xəbərin yayılmasından sonra, Rusiya ABŞ-ın bu niyyətinin qarşısının allnması üçün BMT Təhlükəsizlik Şurasına, nüvə silshlarının kosmosa çıxarılmasının qarşısının alınması üçün qətnamə layihəsi təqdim etmişdir.
Lakin, göründüyü kimi, qana susayan, dünyanın qarışmasında maraqlı olan Vaşinqton və tərəfdaşları qətnamə layihəsinin qəbul olunmasına mane oldular.
Əslində, Rusiyanın təklif etdiyi qətnamə layihəsi 9 ölkənin səsini qazanaraq qəbul etdirsəydi belə, guya ABŞ və onun buyruğu ilə oturub-duran Fransa, Britaniya kimi ölkələr BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməni saya salacaqlardımı?
BMT TŞ-sı yarandığl gündən bu günədək ABŞ və onun buyruq qullarıyla bağlı yüzlərlə qətnamə qəbul edib. Bu qətnamələrin yerinə yetirilməsinin kimsə şahidi olubmu? Hətta Ermənistan kimi for-post ölkələr belə, adı büynəlxalq olan bu təşkilatın qətnamələrini saya salmayıb, qala ki, dünyaya ağalıq etmək niyyətində olan ABŞ ola.