Bu gün paytaxtın iki rayonunda qaz müvəqqəti verilməyəcək

Bu gün paytaxtın iki rayonunda qaz müvəqqəti verilməyəcək

Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 22-də saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

“İNFONEWS” -un “Azəriqaz” İB-dən əldə etdiyi məlumatında bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir