Bu gün Əfv Məsələləri Komissiyasının yekun iclası olacaqdır
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək.
“İNFONEWS” “report” -a istinadən xəbər verir ki, iclasda bir sıra müraciətlərə və təşkilati məsələlərə baxılacaq.
Toplantının sonunda baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada təqdim olunacaq.
Qeyd edək ki, bu il indiyədək komissiyanın beş iclası keçirilib və ümumilikdə 500-dən çox müraicətə baxılıb.