Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sumqayıtda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ələkbərov Cavid Fazil oğlunun qalıqları torpağa tapşırılıb.

“İNFONEWS”  APA-ya istinadən xəbər verir ki, şəhid Cavid Ələkbərovla Sumqayıtda vida mərasimi keçirilib.

 

Daha sonra şəhidin qalıqları Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Millli Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib. 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində itkin düşüb.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir