Cənubi Koreya, Çin və Yaponiya liderlərinin 4 ildən sonra ilk zirvə toplantısı keçiriləcək.
“İNFONEWS” “Yonhap” a istinadən xəbər verir ki, üçtərəfli görüş 26-27 may tarixlərində baş tutacaq.
Cənubi Koreya Prezidenti Yun Sok Yol üçtərəfli görüşdən əvvəl Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacaq.
Qeyd edək ki, bu, Çinin Baş naziri Li Çianın 2023-cü ilin martında vəzifəyə gəldikdən sonra Cənubi Koreyaya ilk səfəri olacaq.