Xüsusi karantin rejimi dövründə bu şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə icazə veriləcək

“İNFONEWS” xəbər verir ki, Nazirlər Kabineti tərəfindən 14 dekabr tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərar verilib.

2.1. Aşağıdakı şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilir:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,
Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin
əməkdaşları;
2.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
2.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların
şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.7. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
2.1.8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
2.1.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir