“Sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı cəmiyyətdən də tələblər var.”
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bu gün Azərbaycanda yeni yoluxma 4500-dən artıqır ki, bu da kifayət qədər ciddi rəqəmlərdir və həyəcan təbili çalınır.
Prezident köməkçisi bildirib ki, sərt karantin rejiminin tətbiqinin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasıdır, ölüm hallarının qarşısının alınmasıdır:
“Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq”.