Vilayət Eyvazov Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək
İyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının
sakinlərini qəbul edəcək.
“İNFONEWS” – un Nazirliyin Mətbuat xidmətindən əldə etdiyi məlumatında bildirilir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyunun 24-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.