Növbəti əmək yarmarkası Laçında keçiriləcəkdir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.
“İNFONEWS” -un Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumata görə, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-a kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim olunacaq.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat da veriləcək.