“Bir ədalət tərafdarı gəlib çıxa” deyiləndə – SƏNİN YERİN GÖRÜNƏCƏK!

“Bir ədalət tərafdarı gəlib çıxa” deyiləndə – SƏNİN YERİN GÖRÜNƏCƏK!

Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi… 1993-cü ildə Azərbaycan yanırdı.

Ümummilli lider Heydər ƏLİYEV

“İNFONEWS” təqdim edir:

 

Dünya durmaz bir məqamda,

dönər, haldan-hala düşər,

Yorulanda karvanbaşı

işi daldan-dala düşər.

Ayaqları dolaşanda

Başı gilü-qala düşər,

Bir xilaskar sorağıyla

çırpınanda arzu, dilək

Sənin yerin görünəcək!!!

 

Tərəzinin ağır gözü

şərə doğru əyiləndə,

Haqla nahaq savaşında

haqqın haqqı yeniləndə,

“Bir ədalət tərafdarı

gəlib çıxa” deyiləndə,

Qarışanda bir-birinə

insan, şeytan, iblis, mələk,

Sənin yerin görünəcək!!!

 

Keçir tarix, gedir zaman,

dövran əldən-ələ düşür

canlara vəlvələ düşür.

Yada hər vaxt Ustad düşür,

Ozan düşür, Dədə düşür,

Öz hökmünü həftədə bir

Dəyişəndə çərxi-fələk

Sərin yerin görünəcək!!!

 

Hər yüz ilin başında da,

hər ilin dörd fəslində də,

Hər il sənin ad günündə,

may günündə,

Sənin bizə ulu nemət,

İlahinin pay günündə,

Azərbaycan başdan-başa

açılanda çiçək-çiçək,

Dünya dadlı, dünya gözəl,

dünya şirin görünəcək,

Sənin yerin görünəcək!!!

Sənin yerin görünəcək!!!

Sənin yerin görünəcək!!!

 

 

 

 

 

Zəlimxan YAQUB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir