FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Fövqəladə Hallar Nazirliyi (FHN) 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
“İNFONEWS” – un Qurumun Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.