“Xəzər dənizinin sahilindəki aksiyanın məqsədi…”- Ombudsman

“Xəzər dənizinin sahilindəki aksiyanın məqsədi…”-Ombudsman

“Xəzər dənizinin sahilində keçirilən aksiyanın məqsədi dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolunu artırmaqdır.”

“İNFONEWS” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda Milli İnsan Hüquqları Gününə həsr olunmuş aksiya zamanı deyib.

O bildirib ki, ətraf mühitin qorunması və insan hüquqları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir: “Bugünkü aksiyamızda, həmçinin Vətəndaş Cəmiyyətinin nümayəndələri də iştirak edirlər. Aksiyamızın əsas məqsədi sahilyanı zonanın məişət tullantılarından təmizlənməsi, Xəzər dənizinin sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində cəmiyyətin rolunun artırılmasına təşviq etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir