Tarix Muzeyinin Vətən müharibəsi fondunda şəhid Xudayar Yusifzadəyə aid hərbi geyim qorunur
“İNFONEWS” xəbər verir.
Milli Azərbaycan Tarixi Muzeyində yeni yaradılmış Vətən müharibəsi fondunda daimi saxlanılan materiallardan biri də şəhid Xudayar Yusifzadəyə məxsus hərbi geyimdir.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid olan bu hərbi mərasim geyimi Radə Qurbanova tərəfindən muzeyə təqdim edilib.
Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.