Xəzər Universitetində beynəlxalq layihə çərçivəsində yeni müsabiqə
“İNFONEWS” xəbər verir.
“British Council” təşkilatı Xəzər Universitetinin tərəfdaşı olduğu “Creative Spark” layihəsi çərçivəsində “Böyük ideya çağırışı” (Big Idea Challenge) adlı yeni müsabiqəyə start verib.
Universitetdən bildirilib ki, iştirakçılar iqlim dəyişikliyi, rəqəmsal texnologiya, sosial təsir və kreativlik kateqoriyalarında öz biznes ideyasını 1 dəqiqəlik video formatında təqdim etməlidirlər.
Yarışmada Xəzər Universitetinin yalnız Azərbaycan vətəndaşı olan tələbələri iştirak edə bilər. Qalib mükafatlandırılacaq. Əlavə məlumat üçün [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.