Messi butslarını hərraca çıxardı

Messi butslarını hərraca çıxardı

“İNFONEWS” “Qol.az” -a istinadən xəbər verir.

“Barselona”nın kapitanı Lionel Messi rekord qırdığı oyunda geyindiyi butslarını sataraq, xeyriyyə məqsədi ilə xərcləyəcək.

33 yaşlı hücumçu dekabrın 22-də bir klubda ən çox qol vuran oyunçu (Peleyə məxsus olan) rekordunu qırıb. O, həmin matçda geyindiyi butsları “Museu Nacional d’Art de Catalunya” muzeyinə bağışlayıb.  Buts 1 ay boyunca muzeydə sərgilənəcək. Butslar apreldə keçirilməsi planlaşdırılan hərracda satıldıqdan sonra əldə edilən gəlir Kataloniyada onkoloji xəstəlikləri olan uşaqlara və onların ailələrinə bağışlanacaq.

Argentinalı oyunçu məsələ ilə bağlı açıqlamasında deyib:

Barselona” ilə 644 qol vurmağım məni xoşbəxt edir. Amma ən əhəmiyyətlisi sağlamlığı üçün mübarizə aparan uşaqlara nə isə verə bilməkdir. Düşünürəm ki, apreldəki hərrac insanları bu cür şeyləri düşünməyə vadar edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir