“Gözüm aydın, gözümə surəti canan görünür”
“İNFONEWS” xəbər verir.
Bu gün “İNFONEWS” “Nizaminin söz xəzinəsindən” rubrikasında təqdim edir:
Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiciyim, can evi viran görünür.Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti canan görünür”…