Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin
SİYAHISI
1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat sahələri üzrə:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
4.3. neft avadanlıqları və qurğularının istehsalı;
4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.6. kimyəvi məhsulların istehsalı;
4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.8. əkinçilik və məhsul yığımı;
4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.13. mühəndislik və layihələndirmə xidmətləri;
4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.15. qablaşdırma məhsullarının istehsalı;
4.16. daş, metal və taxta məhsullarının istehsalı;
4.17. mebel istehsalı və təmiri;
4.18. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
5.2. apteklər;
5.3. yanacaq doldurma məntəqələri;
5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla)
tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. poçt xidmətləri;
6.3. kimyəvi təmizləmə;
6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.5. avtomobillərin təmiri;
6.6. avtomobil yuyulma məntəqələri;
6.7. heyvan sığınacaqları;
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
9.3. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.
11. Otellərin fəaliyyəti.
12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.
Əməkdaşları “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin
SİYAHISI
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
8. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
9. Azərbaycan Respublikasının Energetika Nazirliyi
10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
12. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
14. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
15. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
16. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
17. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
18. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
19. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
20. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
21. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
22. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
23. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
24. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası
25. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
26. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
27. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
28. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
29. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
30. Dənizkənarı Bulvar İdarəsi
31. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
32. Azərbaycan Respublikasının Hesablama Palatası
33. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
34. Əmanətlərin Sığortalanması Fondu
35. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
36. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
37. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilat
38. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
39. “Azəriqaz” İstehsalat Birliyi
40. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
41. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
42. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
43. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
44. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
45. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
46. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
47. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
48. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
49. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
50. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
51. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
52. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
53. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
54. Bakı Nəqliyyat Agentliyi
55. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
56. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
57. Dövlət Dəniz Agentliyi
58. Dövlət Mülki Aviasiya Agentliyi
59. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
60. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
61. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
62. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
63. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
64. Dövlət Avtomobil Nəqliyyatı Xidməti
65. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi
66. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti
67. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti
68. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti
69. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri
70. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin əməkdaşları
71. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri.