Ölkəmizdə koronavirusa yoluxanların sayı yenidən artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər sağalaraq evə buraxılıb.

“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 154 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93 411 nəfər müalicə olunaraq sağalıb, 1 713 nəfər vəfat edib, aktiv xəstə sayı 59 028 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18321, bu günə qədər isə ümumilikdə 1865512 test nümunəsi götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir