“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb” – FHN
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, iyulun 22-də yerli vaxtla saat 12:08-də Zaqatala seysmik stansiyasından 55 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 15 kilometr dərinlikdə 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
“İNFONEWS” – un FHN-in mətbuat xidmətindən əldə etdiyi məlumata görə, bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.