Xalq artisti Tünzalə Ağayeva yeni obrazını təqdim edib
Xalq artisti Tünzalə Ağayeva sevənlərinə yeni yay fotosessiyası təqdim edib.
“İNFONEWS” xəbər verir ki, öz üzərində durmadan çalışan pop ulduz bu dəfə də fərqli obrazla sevənlərinin qarşısına çıxıb. Xalq artisti “Space 13” adlı tarixi məkanda lentə alınan yeni layihəsinin ilk görüntülərini təqdim edib.
Ulduz xanım yeni fotosessiyası üçün fotoqraf Azər Cəfərin kamerası önünə keçib. Onun obrazları tanınmış stilist, geyim və stil üzrə mütəxəssis Elnarə de Birbuet tərəfindən hazırlanıb. Geyim modelyer-dizayner Zümrüd Mirzəliyevaya məxsusdur.
Layihənin prodüseri Yalçın Cabbarovdur.
Qeyd edək ki, “Space _13” zamanında İran əsilli neftçiyə məxsus olan, Şərq və Qərb sənətinin sintezini əks etdirən çiçək və həndəsi motivlər, filigran dekor və xarakterik dekorativ elementləri ehtiva edən tarixi “Mudejar” üslublu binadır. Sovet dövründə bina milliləşdirilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bina yenidən şəxsi mülkiyyətə çevrilib. Daha sonra isə “Nargis” Fondunun təsisçisi Ülviyyə Mahmud tərəfindən əksər memarlıq elementlərinin və binanın ümumi görünüşünün ilkin vəziyyətdə qorunması ilə şərti ilə bina bərpa edilib.