Məşhur dizayner Qarabağ Universiteti ilə bağlı paylaşım edib

Məşhur dizayner Qarabağ Universiteti ilə bağlı paylaşım edib

Tanınmış dizayner Adəm Yunisov Qarabağ Universiteti lə bağlı paylaşım edib

“İNFONEWS” xəbər verir ki, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisov öz sosial şəbəkə hesabından Qarabağ Universitetinin loqosunu təqdim edib.

Adəm Yunisov paylaşımına aydınlatma gətirərək qeyd edib ki,
QARABAĞ UNİVERSİTETİ CONCEPT LOGO
Dipçək : Qarabağ torpağını
Yaşıl ağac : Təhsili
Meyvə : Tələbə və məzunları
Rənglər : Azərbaycan bayrağını simvolizə edir.
Qeyd edək ki, Adəm Yunisov Hacettepe Universitetinin Kompüter mühəndisliyi bölümünün məzunu, Türkiyədə “Element Visual Studio” şirkətinin təsiçisi, rəhbəridir. O, ilk dəfə Bakıda keçirilən Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotipin, eləcə də Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir