“Laçına məftun olmamaq mümkün deyil” – Sandi Salem Əl-Nenay
“Laçına məftun olmamaq mümkün deyil”
”İNFONEWS” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı Misirdən gələn azərbaycanlı soydaşımız İCESCO- nun Gənc Sülh səfiri Sandi Salem Əl- Nenay söyləyib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində Laçında keçirilib. Düşərgədə dünyanın 60 ölkəsindən gələn 115 gənc, o cümlədən, azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edib.
İCESCO- nun Gənc Sülh səfiri Sandi Salem Laçının təbiətinin valehedici olduğunu, hər dəfəsində bir daha Azərbaycanımızın əsrarəngizliyi, qonaqpərvərliyi, zəngin mədəni tarixi ilə qürur duyduğunu bildirib. O, düşərgə iştirakçılarının bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olduqlarını, şəhid ailələri üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşlərin, maraqlı panel müzakirələri və seminarların baş tutduğunu, əyləncəli və intellektual oyunların keçirildiyini vurğulanıb.
Sandi düşərgənin onun, eləcə də bütün iştirakçıların həyatında unudulmaz gözəl xatirələrlə uzun müddət qalacağını söyləyib.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib. Yay Düşərgələri xaricdəki gənc azərbaycanlıların ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün gözəl fürsətdir.