Onlara yaxşı həyat şəraiti yaratmağa məcburuq!- Deputatlığa namizəd Sevinc MƏHSİMOVA

Onlara yaxşı həyat şəraiti yaratmağa məcburuq!- Deputatlığa namizəd Sevinc MƏHSİMOVA

“İNFONEWS” təqdim edir.

Gördüyüm bütün işlərin təməlində Vətənə sonsuz məhəbbət durur. Həyata göz açandan bu sevgini qəlbimdə daşıyıb, hər bir sahədə fəaliyyətimi Vətən naminə qurmuşam. Çünki başqa cürə ola da bilməzdi. Bu mənə doğma torpağıma ayaq basan andan, fədakarlığı və igidlikləri ilə örnək olan ailəmdən qanla-canla keçən bir mirasdır. Və Vətən naminə fəaliyyət göstərmək mənə bir daha güc-qüvvə, həmişə yeni-yeni töhfələr verməyə ruhlandırır, fəxr və qürur hissi ilə ən yaxşıların yaxşısını etməyə vadar edir!

Sizin etimad və dəstəyinizə əsaslanaraq, aşağıdakılara hazır olduğumu bildirirəm:

  • Seçicilərin iradəsini, onların maraqlarını və prinsiplərini rəhbər tutmaq;
  • Seçicilərin mənafeyinə uyğun olaraq hakimiyyət orqanları və vətəndaş cəmiyyəti ilə konstruktiv qarşılıqlı əlaqəni təmin etmək;
  • Bilik, təcrübə və imkanlarını rayonun hərtərəfli inkişafına və nəticədə əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə yönəltmək;
  • Yaşayış məntəqələrinin abadlaşdırılması üzrə tədbirlər həyata keçirmək; torpaqların kənd təsərrüfatı üçün istifadə etməsinə cəlb edilməsi, şəxsi təsərrüfatların inkişafı üçün vətəndaşlara dəstək işləri həyata keçirmək;
  • Daha çox uşaq meydançalarə və idman meydançalarını təchiz etmək.

Təbii ki, Qusarda çox işlər görülüb, bu gün də davam edir, mən də Sizin dəstəyinizlə daha marağlı layihələri həyata keçirləyə hazıram.

Mən elmə, sosial, və həyat təcrübəsinə malik olmaqla aşağıdakı problemləri həll etməyə çalışacağam:

  • əhalinin bütün təbəqələrinin həyat keyfiyyətinin və sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş məsələlərin həlli;
  • yaşayış məntəqələrinin infrastrukturunun daha da yaxşılaşdırılması;
  • iri kənd təsərrüfatı istehsalçılarına və kənd təsərrüfatı məhsullarının emalçılarına dəstəyin gösrətilməsi;
  • kənd təsərrüfatı işinin və kənd həyat tərzinin cəlbediciliyinin artırılması;
  • pensiyaçılara və əlilliyi olan insanlara yardımın və sosial dəstəyin artırılması onların asudə vaxtıarın keyfiyyətli keçirilməsinin təmin edilməsi;
  • əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi məsələsinin həlli;
  • kənd yerlərində gənclərin şəhərə köçməsinin qarşısının alıması üçün zəruri sosial-məişət şəraitinin yaradılması; sosial əhəmiyyətli obyektlərin, istirahət və idman yerlərinin təşkili yolu ilə əlverişli yaşayış mühitinin yaradılması;
  • Qusar rayonun turizm klasterinin, mədəni, tarixi və təbii irs obyektlərinin təbliği; ailə institutunun möhkəmləndirilməsi, gənc və çoxuşaqlı ailələrin dəstəklənməsi.

Gənc nəsil hər bir cəmiyyətin əsas elementidir və gənclər siyasətinə yeni nəzər salmalıyıq, onların ideyalarını reallaşdırmaq, vətəninin abadlaşdırılması və inkişafında iştirak etmək imkanı yaratmalıyıq. Gənclərin asudə vaxtının müxtəlif formalarının təşkilində müxtəlif layihələri həyata keçirməliyik!

Sağlam həyat tərzinin təbliği, idman tədbirlərinin təşkili, televiziyada sağlam həyat tərzi haqqında verilişlər aparılması üçün müxtəlif layihələri həyata keçirilməsi üçün calışacağım.

Qusar Gəncləri çox savadlı, ağıllı, innovativ ideyalarla dolu və eyni zamanda çox zəhmətkeşdir! Onlara yaxşı həyat şəraiti yaratmağa məcburuq! Borcumuzdur!

Proqramımda eyni zamanda vacib yeri Qusar rayonun ətraf mühitinin qorunması, təbiətin qirunması məsələləri yer alacaqdır.

Hər bir insanın ədalətli, bərabər hüquqlu, tam inklüziv cəmiyətdə yaşamağa haqqı vardır! 

Bizim strateji hədəfimizdə – güclü və firavan Qusarın qurulmasının həyata keçirilməsində davamlı, ardıcıl və istiqrarlı olmalıyıq. Güvəninizə və dəstəyinizə ürəkdən ümid edirəm! Seçkilərdə görüşənədək!

Sevinc MƏHSİMOVA

61 saylı Qusar Seçki Dairəsindən deputatlığa namizəd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir