Bazardüzü zirvəsinə yürüş Qarabağ Universitetinə həsr edildi

Bazardüzü zirvəsinə yürüş Qarabağ Universitetinə həsr edildi

“Düşünəndə ki zirvəyə qalxacam ilk ağlıma gələn fikir bu səfəri Qarabağ Universitetinə həsr etmək oldu. Çox sevinirəm. Qürurluyam.”

“İNFONEWS” xəbər verir ki, bunu Bazardüzü zirvəsinə yürüşünü Qarabağ Universitetinə həsr edən Ramin Məmmədzadə söyləyib.
“Zirvəyə qalxan dostlarımla söhbət edəndə “mən də bacararammı” deyə düşünürdüm. Çox həyəcanlıyam. Zirvəyə qalxmaq bir başqa, fərqli hisslərdir. Arzu edirəm ki, doğma Qarabağımızın qoynundakı bu universitet hər bir gəncin həyatında, təhsilində, gələcək karyerasında ən unudulmaz məkan olsun” – Ramin Məmmədzadə əlavə edib.
Həmçinin, R. Məmmədzadə qeyd eləyib ki, qəbul imtahanlarında 573.4 bal toplayan qardaşı Məhəmməd Məmmədov da Qarabağ Universitetini seçməkdə qərarlıdır!

#QarabağUniversiteti #KarabakhUniversity

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir