Xəyalların Şahzadəsinin şeir dəftərindən- GÜLƏCƏKSƏN “SƏNSİZ ÖLLƏM” DEYƏNƏ

Xəyalların Şahzadəsinin şeir dəftərindən- GÜLƏCƏKSƏN “SƏNSİZ ÖLLƏM” DEYƏNƏ

“İNFONEWS” təqdim edir.

GÜLƏCƏKSƏN “SƏNSİZ ÖLLƏM” DEYƏNƏ
Dolmuş ürək min nisgilin buludu –
Kiprık çalsam o yollara yağası.
Mənə demə “ölsən, mən də ölərəm”,
Yalan şeydir- ölmək olmur, qadası.
Ən uzağı üç gün, beş gün, on beş gün,
Ağlayarsan, sıtqıyarsan, dolarsan.
Ən uzağı çəkilib bir tərəfə
Zülm – zülm saçlarını yolarsan.
Hıçqırtından duyuq düşər kim isə,
Təsəllilər baş ağrıdar, inlərsən.
Xalaxətri kiriyərsən! Kirimiş
“Nə vaxt susar bu, ay ALLAH”-, deyərsən.
Baş qatarsan sabah ilə, axşamla,
Şerlərin vərəq – vərəq yığılar.
Həyat sənə ən ağır dərs öyrədər:
“Yazıq adam ürəyindən yıxılar”
Belə – belə unudular gedənin,
Bilə – bilə isinərsən gələnə.
Vallah hələ, inan vaxt da gələcək,
Güləcəksən “sənsiz ölləm”-, deyənə!
…Duman ahda ömrün – günün itməmiş,
Əllərinin vərdişinə əyil sən!
Bax, bir dəfə özgəsinə toxunsan,
Görəcəksən mənsiz ölən deyilsən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir