“Mehriban Əliyeva – ölkənin First Ladysi…” İradə Tuncay yazır
“İNFONEWS” “Ədalət.AZ” istinadən “İradə Tuncay yazır”ı təqdim edir.
Hamının maraq dairəsində olan bir xanım… Yəni boğazdan yuxarı sözlər deyil – həqiqətən belədir… Hər zümrədən olan insanların diqqət mərkəzində – hər kəsin öz istəyi var ondan. Yaxın tariximizdə tamam yeni bir obrazdır – həm siyasi anlamda, həm də mənəvi… Əslində bir xarakteri açmaq üçün həmin adamın kənardakı insanlara necə münasibətdə olduğunu bilmək yetərli. Necə bilmək olar? Siyasi tərəfləri qoyaq bir tərəfə – mənəvi anlamda danışsaq??? İlk gözə dəyən mərhəmət hissi olacaq. Onun hakimiyyətdə göstərdiyi performans məhz bu tərəfdən açıldı. Mərhəmət!!! Şəfqət!!!
Zövq… Bu da daxili keyfiyyətdir, heç nə ilə alınan bir nəsnə deyil. Məncə, genetik keyfiyyətdir. Sonradan formalaşması çətin prosesdir…
Daha bir genetik xüsusiyyət isə dünyada gedən mədəni dəyişimləri dərindən bilməkdir. Yazıçı ailəsinə, söz aləminə mənsub olması da çox problemlərə münasibəti göstərə bilir. Hər halda mən belə düşünürəm. Və sonra məmləkətin ən önəmli adamının ailəsinə düşüb də burda formalaşmaq. Maraqlı taledir… Üstəlik də xarici görkəmin də belə maraqlı ola… Və belə qarışıq dövrə rast gələsən, belə dövrü yönətmək iqtidarın ola… Ailə bütünlükdə ölkənin azadlıq əsgəri oldu. Qarabağın xilası səadəti nəsib oldu. Göz önündə o tarixin necə baş verdiyini yaşadı… Əlbəttə, ona həsəd aparanlar da çoxdur. Ayın görünməyən tərəfi də var axı –görünməyən tərəfdə isə ağrı-acı da çoxdur… Nə çətindi amma zərif xanım vücudunda səni əhatə edən güclülərə öz iradəni göstərə biləsən…
Əslində biz hər hansı tarixi sima haqqında tam həqiqəti bilmirik – yəni müasiri olduğumuz simalar haqqında… Deyək ki, insan haqqında yazdığı məktublar da çox həqiqətləri danışır… Təəssüf bunu bilmirik…
Amma bildiklərimiz də çoxdur – ölkədə gedən bütün möhtəşəm tikintilər onun imzasıyla gedir. Bilirik ki, bunları Mehriban xanım edir… Monteneqroda görmüşəm, dağın ətəyindən çəkilən yol hündürdən M hərfiylə görünür… Kraliçanın adı M hərfiylə başlanır. Bəlkə getdiyimiz dağ yollarında bizim Mehribanın da öz işarəsi olsun? O, bunu haqq edib… Poetik, həyatsevər, isti qammalarda təqdim edib öz portretini…Allah balalarını qorusun,yubiley günü xoş keçsin