“Sözdə terrorla mübarizə aparanlar qətliama səssiz qaldı”
“İNFONEWS” xəbər verir.
PKK terror təşkilatı hər zaman olduğu kimi öz xainliyini göstərdi. 13 günahsız insanı qətlə yetirdi.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O deyib ki, şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaq.
“Bu iki gündə sözdə terrorizmə qarşı mübarizə apardığını söyləyən ölkələrin PKK-nın qətliamına susduqlarını, ya da “əgər” və “amma”larla qaçmağa çalışdıqlarını görürük”, – deyə XİN rəhbəri əlavə edib.