AzTU-nun yeni devizi açıqlandı

AzTU-nun yeni devizi açıqlandı

“İNFONEWS” xəbər verir.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadə universitetin yeni devizini açıqlayıb və bununla bağlı tələbələrə müraciət ünvanlayıb.

Müraciəti təqdim edirik:

Əziz tələbələr!

Bu gün yeni devizimizi sizinlə bölüşmək istərdim: “Birliyimiz gücümüzdür!”

Bu devizimiz komanda işimizin göstəricisi olaraq son aylarda yaşadığımız Qələbəmizin yaratdığı mövcud şəraitə uyğun hazırlanıb.

Son bir ildə universitetimizin inkişafı üçün yeni qərarlar qəbul olundu ki, bunların da hamısı komanda işinin nəticəsində baş verdi.

Burada əsas məqsədimiz sıfır kəsrli tələbələr yetişdirmək, şəffaf rəqabət mühitini yaratmaq idi və demək olar ki, bu mühit artıq yaranıb. Lakin sıfır kəsrli tələbə ifadəsini də düzgün başa düşməliyik və bundan sui istifadə etməməliyik.

AzTU-da oxuyan və əziyyət çəkən hər bir tələbə layiq olduğu qiymətlərlə mükafatlandırılır. Bundan sonra da məqsədimiz müəllim və tələbə münasibətlərinin yaxşılaşdırılması, komanda olaraq universtimizin imicini daha yaxşı hala gətirməyimiz üçün çalışmaqdır.

Təhsil və elmi işlərlə yanaşı sosial həyatda da aktivlik nümayiş etdirməli, layihələr işləmək, elmi məqalələr yazmaq və innovasiyaları öyrənməklə universitetimizin adına layiq olmağa çalışmalıyıq.

Birliyimiz gücümüzdür!

AzTU tələbələri olaraq biz həmişə komanda kimi işləməliyik, bunun üçün bütün bilik və bacarıqlarımızı əziz müəllimlərimizin əməyi ilə birləşdirməliyik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir