Bu istiqamətdə yol bağlıdır – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.
“İNFONEWS” – un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etdiyi məlumatında bildirilib ki, buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılmasıdır.