“Verdiyim sözü, həmişəki kimi, doğruldacam” – Sevinc MƏHSİMOVA

“Verdiyim sözü, həmişəki kimi, doğruldacam” – Sevinc MƏHSİMOVA

Məndən soruşurlar ki, gördüyünüz bunca işlərin, layihələrin durmadan, yorulmadan uğurla ərsəyə gəlməsində enerji mənbəyinizin sirri nədir? Mən savab verirəm ki, əlbəttə, sevgi. İnsan Yaradanını, Vətənini, xalqını, torpağını, ailəsinı, yaxınlarını, təhsilini, işini sevməkdən necə yorula bilər?!

“İNFONEWS” xəbər verir ki, bunu 61 saylı Qusar Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Sevinc Abusalat qızı Məhsimova söyləyib.

“Hamımız həyatın müxtəlif mərhələrində ağrılı-acılı sınaqlarla rastlaşırıq. Bu qaçılmazdır. Bizə güc-qüvvə verən də elə ailənin, dostların, doğma kollektivin, elin-obanın dəstəyidir. Bir sözlə, “güc birlikdədir” Bacardığım qədər mənə səs verən insanların yanında olacam, verdiyim sözü, həmişəki kimi, doğruldacam. Bunu məni tanıyanlar yaxşı bilir”, – Sevinc Məhsimova söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir