Azərbaycan parataekvondoçusu yarımfinalda – “Paris-2024”
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.
“İNFONEWS” xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda kubalı Suares Uolker Me ilə qarşılaşıb.
Rəqibinə qalib gələn İ.Xəlilov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.