Bu gün Bibiheybət magistral su kəmərində təmir işləri aparılacaq
Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xətti dəyişdiriləcək.
“İNFONEWS” – a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, nəzərdə tutulmuş ərazi üzrə magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar sentyabrın 3-də saat 06:00-dan 21:00-dək Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, İvan Çernyaxovski, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilələr yaranacaq.
Əlavə məlumat üçün qaynar xətt:
+99412 955