“…Tanrı oğlan övladını dünyaya göndərməzdən əvvəl ona qismətini göstərir”
“İNFONEWS” təqdim edir.
Məşhur alman bəstəkarı Feliks Mendelsonun babası Mozes Mendelson heç də yaraşıqlı olmayıb. Boydan gödək olması azmış kimi, həm də qozbel imiş. Deyilənlərə görə, bir gün gənc Mendelson-baba Hamburqda yaşayan bir tacirin evində qonaq olur. Tacirin gözəlliyi ilə dillərə dastan olan Frumtye adlı qızını görər-görməz ilk baxışdan ona aşıq olur. Ancaq bu gözəl qız Mozesin nəinki sevgisinə cavab vermir, hətta üzünə belə baxmaq istəmirdi.
Ayrılmaq vaxtı çatanda Mozes Frumtyenin otağına qalxır və bütün cəsarətini toplayaraq sevgisini ona etiraf edir. Bu dəfə də qızın sakit durması və hətta başını qaldırıb onun üzünə baxmamasından çox məyus olan Mozes gözəl qızdan: “Nigahın göylərdə bağlanmasına inanırsınızmı?”, – deyə soruşur. “Bəli, inanıram!”, – qız cavab verir. Daha sonra Mozes gözlənilmədən danışmağa başlayır: “Bilirsinizmi, hər dəfə Tanrı oğlan övladını dünyaya göndərməzdən əvvəl ona qismətini göstərir. Tanrı mənə də doğulanmazdan əvvəl evlənəcəyim qızı göstərmiş və demişdir ki, sənin bəxtinə çirkin, hətta qozbel qız düşüb. Bunu eşidən də mən çox pis oldum və “Yox, Ulu Tanrı! Qadınların eybəcər və qozbel olması – onlar üçün böyük faciədir. Yalvarıram, çox yalvarıram, həyat yoldaşımın fiziki qüsurlarını mənə ver, qoy o gözəl, xoşbəxt olsun!”, – Tanrıdan xahiş elədim.
Bunu eşidən Frumtye ilk dəfə başını qaldırıb Mozesin üzünə baxır və qəlbinin dərinliyində minnətdarlıq hissi yaranır. Əllərini uzadıb, Mozesin əllərindən tutan Frumtye daha sonralar onun sevimli, sədaqətli həyat yoldaşı olur.
C. Kenfild, M.V. Hansen “Ruh üçün toyuq suyu” (“Chicken Soup for the Soul”)