“Tələbələr ilk dərs günündən kitabxanaya bu qədər maraq göstərirlər”- Dönməz Xəlilov

“Tələbələr ilk dərs günündən kitabxanaya bu qədər maraq göstərirlər”- Dönməz Xəlilov

Çox sevindirici haldır ki, universitetimizin tələbələri ilk dərs günündən kitabxanaya bu qədər maraq göstərirlər.

“İNFONEWS” xəbər verir ki, bunu Qarabağ Universitetinin kitabxanasının direktoru Dönməz Xəlilov söyləyib.

“Qarabağ Universitetində tələbələr üçün ən müasir tələblərə cavab verən şərait yaradılıb. Kitabxananın fondu zənfin və genişprofillidir. Hazırda kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik, dərs vəsaiti, monoqrafiya və digər ədəbiyyat mövcuddur. Tələbələrə “E-kitabxana” sistemi, faydalana biləcəkləri bütün növ resurslardan effektiv istifadə imkanları barədə məlumatlar verilir. Ümid edirəm ki, yeni təsris ili hamımız üçün uğurlu olacaqdır”, – deyə Dönməz müəllim əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir