Azərbaycan alimi beynəlxalq forumda terminologiya problemlərindən danışıb
Rusiyanın Kazan şəhərində Tatarıstan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yaradılmasının 85 illiyinə həsr olunan “Müasir akademik elmdə Rusiya xalqlarının dilləri, ədəbiyyatı və mədəniyyətləri” mövzusunda beynəlxalq elmi forum keçirilir.
“İNFONEWS” – un İnstitutdan əldə etdiyi məlumatında bildirilib ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli forumun fəxri qonaqları arasında olub.forumun bölmələrindən birinə professor Nadir Məmmədli moderatorluq edib. Həmin bölmədə 26 alimin məruzəsi dinləniləcək. O, həmçinin “Terminalmanın sosiolinqvistik problemləri: dillərin qarşılıqlı təsiri” mövzusunda elmi məruzə ilə çıxış edib.
Beynəlxalq forumda Rusiyadan və yaxın xarici ölkələrdən tanınmış linqvist-alimlər və sənətşünaslar iştirak ediblər. Tədbir oktyabrın 11-dək davam edəcək.