“Qopuz mənşəli saz alətləri” monoqrafiyası çapdan çıxıb
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent İlhamə Qəsəbova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahmud Allahmanlının həmmüəllifliyi ilə “Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya nəşr olunub.
“İNFONEWS” – un İnstitutdan əldə etdiyi məlumatında bildirilib ki, monoqrafiya türk xalqlarının zəngin mədəniyyət tarixini qopuz, tambur, çoğur, saz və s. timsalında izləmək və aydınlaşdırmaq məqsədi daşıyır. Nəşrdə ozan-aşıq sənətinin ilkin çağlardan günümüzə qədərki mənzərəsi təfərrüatlı şəkildə geniş ictimaiyyətə təqdim edilir.
Kitab türk, fars, ingilis dillərində də nəşrə hazırlanır.