“Faktlara dayanan TARİXİMİZ”- Aser Odin yoxsa Azər Odin?
“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsininin bu buraxılışını AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin təqdimatında davam edir.
ASER ODİN yoxsa AZƏR ODİN ?
Məşhur amerikalı filosofun məqaləsi buna izah verir.
Azərbaycanda ilk dəfə olaraq yayımlanan bu qəzet məqaləsi diqqətinizi cəlb edəcək. Qeyd edim ki, yazıda olan fikirlər müəlliflərə aiddir və mənbələri də ətraflı qeyd edilib.
Kanadada anadan olan və Amerikada “Fəlsəfə araşdırmaları cəmiyyəti” yaradan, filosof, yazıçı, mistika və araşdırmaçı olan Manly Palmer Hall dünyada nadir insanlardan olub ki, 50 mindən çox qədim əlyazma, kitab və sənədlərdən ibarət kolleksiyası olub. Eyni zamanda O, San-Fransiskodakı Mason təşkilatının cəngavər- təsisçisi idi. Holl 70 ildən çox karyerası ərzində ABŞ-da və xaricdə təxminən 8000 mühazirə oxumuş, 200-dən çox kitab və esse yazmış, müxtəlif jurnallarda saysız-hesabsız məqalələr dərc etdirmişdir. İndi sizlərə onun “Fəlsəfə, Elm və Dinə həsr olunmuş Həftəlik Qəzet” də 24 noyabr 1926-cı ildə ( A Weekly Newspaper Devoted to Philosophy, Science and Religion Manly P. Hall Vol. 3 No. 1 November 24, 1926 ) dərc etdiyi bir məqaləni təqdim edirəm.
Diqqətlə oxuyun:
“Şimal salnamələrindən aydın olduğu kimi, Asiya tayfasının başçısı olan Aser tayfasının başçısı Ziqqe Xristian erasının I əsrində öz tayfasını Xəzər dənizi və Qafqazdan Şimali Avropaya aparmışdır. O, Qara dənizdən Rusiyaya keçib, orada oğullarından birini hökmdar qoyur. Saksoniya və Frankiyada da eyni şeyi etdi. Sonra o, beşinci oğlu Skoldu hökmdar kimi tanıyan Danimarkaya köçdü və oradan da İsveçə getdi, burada Gilf heyrətamiz sərgərdana hörmət edərək, onun sirlərini açdı”
Manly Palmer Hall Odinin Xəzərdən olan Azər olduğunu iddia edir və qədim massaget tayfası olan “auqas”ı “oğuz” etnonimi ilə eyniləşdirir.
Qeyd edim ki, dünya şöhrətli səyyah-tədqiqatçı Tur Heyerdal 1980-2000-ci illərdə Azərbaycana bir neçə səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləmişdir. O, yazır:
“Azərbaycan, onun Xəzərboyu sahilləri avropalıların, xüsusilə Skandinaviya xalqlarının ana vətəni olmuş, Avropa mədəniyyətinin kökü də məhz bu diyardan başlanmışdır”
Maraqlıdır ki, “The Collected Norse Sagas” əsərində də müəllif Snori Saturlson 1241-ci ildə qələmə alınmış island saqalarına istinad edərək yazır :
” Vkinq kralları mühacir Odinin nəsilindəndirlər. Odin öz adamları ilə birlikdə Roma stilasından qaçmaq məqsədilə Qafqaz dağlarının və Qara dənizin Şərqində yerləşən Aser adlanan torpaqlardan təqribən eramızın 100-cü ilində köç etmişlər”
Kitabı oxumaq üçün mənbə : https://www.everand.com/…/609…/The-Collected-Norse-Sagas
Hesab edirəm ki, bunlarla yanaşı bu cürə qeyd olan yazılar ” “Kon-Tiki” muzeyində, İsveç, Norveç, İslandiya arxivlərində də mümkün olsun ki, var və onları araşdırmağa ehtiyac var.