Fransa tarixini bilməyən Fransa səfiri – Politoloq Elman Telmanoğlu
Bir neçə gün öncə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkədə Qərbi Azərbaycan haqqında bir paylaşım edib. Bu paylaşımda Qərbi Azərbaycanın guya Ermənistan ərazisində olmadığını vurğulayıb.
“İNFONEWS” xəbər verir ki, politoloq Elman Telmanoğlu bu paylaşıma münasibət bildirib.
“Səfir Olivye Dekotinin diqqətinə!
Fransanın paytaxtı Parisdə 20-ci əsirin əvvəlində baş vermiş Paris Sülh Konfransını çatdırmaq istərdim. Qısacası, “Ermənistan” dövləti yarananda onun ərazisi “Batumi Sazişi”nə əsasən, 9800 km² idi. İndi isə bu ərazi 29,743 km². Xəritədə indiki Ermənistan adlanan Qədim İrəvan torpağı Şimali Azərbaycanın qərb hissəsinə düşür. Demək ki, o torpaqlar elə əsl Azərbaycan torpaqlarıdır, yəni Qərbi Azərbaycan torpaqlarıdır!
Sizə isə, cənab Dekoti, öz tarixinizlə yanaşı xəritəni və cəhətləri də öyrənməyinizi məsləhət görərdik”, – politoloq söyləyib.