“SDG’s with Famous” layihəsinin bu mərhələsində hər bir komanda öz mentorlarının dəstəyi ilə uzun müddətdir ki, üzərində işlədikləri komandalarına uyğun dayanıqlı inkişaf layihələrini təqdim ediblər.
“İNFONEWS” xəbər verir ki, “Yoxsulluğa Son”, “Keyfiyyətli Təhsil”, “Gender bərabərliyi”, “Sənaye, İnnovasiya və İnfrastruktur”, “İqlim fəaliyyəti” və “Məqsədlər üçün Tərəfdaşlıq” komandaları bu mərhələdə öz dayanıqlı inkişaf layihələrini təqdim ediblər.
Layihələr 4 fərqli münsif tərəfindən dəyərləndirilib. Münsiflərimiz isə Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın böyük mütəxəssisi Mirlazım Dadaşov, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin əməkdaşı Çinarə Dadaşova, ADA Universitetinin və UNEC SABAH Akademiyasının əməkdaşı Hüseyn Dəmirli və “MəndənAl” Sosial Sahibkarlıq Platformasının təsisçi və rəhbəri Zülfiyyə Mustafayevadır.
Layihələrin təqdimatından sonra aparılan ümumi dəyərləndirilməyə əsasən 1-ci, 2-ci və 3-cü yerin qalibi olan komandalar müəyyən edilib. Nəticə etibarı ilə 1-ci yer “Sənaye, İnnovasiya və İnfrastruktur” komandası, 2-ci yer “Keyfiyyətli Təhsil” komandası və 3-cü yer isə “Gender bərabərliyi” komandası olaraq qərarlaşdırılıb.