“Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik…”
“Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik. Artıq bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əhatə edən Vergi Məcəlləsi olacaq”.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, Vergi Məcəlləsində bu il həyata keçirilən dəyişikliklər, təqdim olunan dəyişiklik layihəsi sahibkarlığın heç bir növündə vergi yükünün artırılmasına gətirib çıxarmır: “Əksinə, ölkədə iri investisiya qoyuluşunun, xüsusilə, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına investisiya qoyuluşunun, dövlət-özəl tərəfdaşlıq çərçivəsində özəl tərəfdaş qismində çıxış edən investorların ölkəyə investisiya qoyuluşunun təşviq edilməsinin vergi yolu ilə dəstəklənməsini nəzərdə tutan dəyişiklikləri misal göstərə bilərik. Biz hər il olduğu kimi, investisiyaların cəlb edilməsini yalnız vergi təşviqi yolu ilə deyil, həm də qanunsuz sahibkarlarla düzgün, effektiv mübarizə yolunun mümkün olduğunu vurğulayırıq və vergi qanunvericiliyinə dəyişiklikdə mütləq inzibatçılıq alətlərini təkmilləşdiririk”.