Bu stansiyalarda qatarların hərəkət cədvəli fərqli olacaq

Bu stansiyalarda qatarların hərəkət cədvəli fərqli olacaq

Bakı metrosunun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.

“İNFONEWS” – un “Bakı Metropoliteni” QSC-dən əldə etdiyi məlumatında bildirilib ki, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.

Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.

“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.

Qurum qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edir. Eyni zamanda sərnişinlərdən “Əhmədli” stansiyasında da diqqətli olmağı xahiş edilir. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir